Son Xəbərlər
İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə
Gürcüstan İnfrastruktur Nazirliyinin Yol Departamenti ölkəni Azərbaycan və
“Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan
“Bildiyiniz kimi, ölkədə artıq milli super kompüter mərkəzi qurulub. Bu bizə
4 istehsalçı müəssisəyə məxsus 5 məhsulda meyvə və tərəvəz nektarları və
2026-cı ilin birinci yarısında qlobal aviasiya sektoru geosiyasi proseslərin,
Boks üzrə keçmiş dünya çempionu Roy Cons Bakıya səfər edəcək. Liderxeber.az
İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəd
İyulun 10-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya
Ermənistanın yeni Konstitusiyasının layihəsi 2026-cı ilin sonunadək

Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

09 iyl 2026, 16:05
Daha bir azərbaycanlı diaspor rəhbəri Rusiya vətəndaşlığından çıxarıldı

“Samara Vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov Rusiya vətəndaşlığından məhrum edilib.

Liderxeber.az “Kommersant”a istinadən xəbər verir ki, qərarın səbəbi hələlik açıqlanmır.

Bildirilir ki, Şirvan Kərimov hazırda Samara vilayəti İctimai Palatasının fəaliyyətdə olan üzvü və “Pravovoy Sovetnik” Samara vəkillər kollegiyasının vəkilidir. 

Qeyd olunur ki, son vaxtlar Rusiya hüquq-mühafizə orqanları Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət ayırır. Onların etnik mütəşəkkil cinayətkar qruplarla əlaqələri yoxlanılır.

Xatırladaq ki, ötən il Ulyanovsk vilayəti Azərbaycan diasporunun rəhbəri İslam Hüseynov, bu ilin fevralında isə İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.