Son Xəbərlər
Azərbaycanla Ukrayna arasında yeni müqavilə təsdiq edilib. Liderxeber.az xəbər
2025-ci il ərzində Azərbaycan aviaşirkətləri Ermənistan hava məkanından
İspaniyanın Əndəlüs bölgəsinin Almeriya əyalətində baş verən meşə yanğını
Yeni araşdırma göstərib ki, piylənmə ilə mübarizədə istifadə olunan dərmanlar
2026-cı il futbol üzrə Dünya Çempionatının final oyunu tarixə düşəcək. İlk
İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ-nin İordaniyadakı Əl-Əzraq hava
“Bu gün uşaqların böyük əksəriyyəti gündəlik həyatının mühüm hissəsini sosial
"ABŞ və İran arasında münaqişənin yenidən başlaması tərəflər arasında
İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-cı ildən etibarən ölkədə
Gürcüstan İnfrastruktur Nazirliyinin Yol Departamenti ölkəni Azərbaycan və

İspaniyada meşə yanğını - 12 ölü

10 iyl 2026, 09:18
İspaniyada meşə yanğını - 12 ölü

İspaniyanın Əndəlüs bölgəsinin Almeriya əyalətində baş verən meşə yanğını nəticəsində azı 12 nəfər həlak olub.

Liderxeber.az xarici KİV-ə istinadən xəbər verir ki, Bedar ətrafındakı yaşayış məntəqələrini bürüyən alovlar zamanı bəzi qurbanların cəsədləri avtomobillərin içərisində tapılıb.

Hadisə nəticəsində ən azı altı nəfər yaralanıb. Hazırda 150-yə yaxın yanğınsöndürən və beş xüsusi texnika temperaturun 40 dərəcəyə yaxınlaşdığı ərazidə alovla mübarizə aparır.

İlkin ehtimallara görə, yanğın elektrik xəttinin qırılması və quru otların alışması nəticəsində baş verib. Lakin səlahiyyətlilər hadisənin səbəbinin hələ də araşdırıldığını bildirirlər.

Yanğın səbəbindən bəzi yollar bağlanıb, bir sıra yaşayış məntəqələrində təxliyə işləri aparılıb. Təxminən 50 nəfər müvəqqəti sığınacaqlara yerləşdirilib.