Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bu gün Cənubi Qafqaz regionunda sülh üfüqlərinin açılması qətiyyətli siyasətin təzahürüdür

08 yan 2026, 10:12
Bu gün Cənubi Qafqaz regionunda sülh üfüqlərinin açılması qətiyyətli siyasətin təzahürüdür

2025-ci il Azərbaycan Respublikası üçün bir çox tarixi məqamlarla əlamətdar oldu.  Bu mənada 7-8 avqust tarixlərində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə əldə edilən tarixi sülh razılaşması Azərbaycanın növbəti diplomatik uğuru, siyasi zəfəri kimi qəbul edilir.

Məhz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli mövqe, düşünülmüş, məqsədyönlü siyasət nəticəsində Azərbaycan uzun illər davam edən münaqişədən, qarşıdurdan üzüağ və alnıaçıq çıxdı. Bu gün Cənubi Qafqaz regionunda sülh üfüqlərinin açılması qətiyyətli siyasətin təzahürüdür. Bu, yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün region, eləcə də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edən dönüş nöqtəsidir. Azərbaycanın əzmi və iradəsi, dünyanın ən güclü dövlətinin şahidliyi ilə bu gün Cənubi Qafqazda sülh bərqərar edilir. Bu, sadəcə bir siyasi akt deyil – bu, gələcək nəsillərin taleyinə təsir edəcək böyük bir humanitar, iqtisadi və mənəvi hadisədir. Sülh, sabitlik və inkişaf yalnız bir ölkə üçün deyil, bütün region və dünya üçün müsbət nəticələr doğuracaqdır.

Bu günlərdə yerli televiziya kanallarına müsahibə verən Ölkə başçısı cənab İlham Əliyev bir çox məsələlərlə yanaşı tarixi Ağ Ev görüşündən də xüsusi bəhs etdi.  ABŞ və onun prezidenti Donald Trampın tarixi sülh missiyasına xüsusi diqqət çəkən cənab Prezident bu gün təkcə yerləşdiyimiz regiona deyil, bütövlükdə planetimizə möhkəm, etibarlı, dayanıqlı sülh və sabitliyin gəlməsinə çox ciddi ehtiyac olduğunu xüsusi vurğuladı. Otuz ilə yaxın müddətdə müharibə və münaqişənin bölgəmizə və xalqlarımızın rifahına böyük zərbə vurduğunu bildirən Dövlət başçısı müharibədən sonra Qalib dövlət olmasına baxmayaraq ilk sülh çağırışını praktik olaraq ölkəmizin etdiyinə bir daha diqqət çəkdi.

Bu praktikanın müasir dünyada analoqunun olmadığını bildirən cənab Prezident ABŞ hökumətinin sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. Bəli, bu gün  bunun da dinindən, irqindən, milliyyətindən asılı olmayaraq dünya xalqları sülh və əminamanlıq içində yaşamaq istəyirlər. Bu mənda mübaliğəsiz olaraq deyə bilərik ki, Azərbaycan praktikası dünya birliyi üçün əsl nümunə ola bilər. 

Vüsal Atayev;
Neftçala rayonu