
Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında ittiham olunan mütəşəkkil dəstənin cinayət işi üzrə məhkəməsi başlayıb.
Liderxeber.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənlərin anket məlumatları dəqiqləşdirilib.
Vəkillər müvəkkilləri barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətlər versələr də, məhkəmə təmin etməyib.
Onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.
Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.