Son Xəbərlər
İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab
Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının
Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə Tehranla danışıqların anlaşma
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların
Dünya çempionatının pley-of mərhələsinin oyunları davam edir. Liderxeber.az

İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət”də fəaliyyətə başlayır

01 iyl 2026, 12:09
İcbari Sığorta Bürosu 2 saylı Bakı “ASAN xidmət”də fəaliyyətə başlayır

İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin əlçatanlığının və şəffaflığın daha da artırılması istiqamətində fəaliyyətini genişləndirərək yeni təşəbbüsə imza atıb. 

Liderxeber.az xəbər verir ki, müraciətlərin daha operativ və rahat şəkildə qəbul edilməsi məqsədilə xidmətlərin “ASAN xidmət” mərkəzlərində təşkilinə başlanılır.

Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı “ASAN xidmət” mərkəzində İcbari Sığorta Bürosunun xidmət pəncərəsi yaradılıb.

06 iyul 2026-cı il tarixindən etibarən İcbari Sığorta Bürosuna vətəndaş müraciətləri yalnız 2 saylı Bakı “ASAN xidmət” mərkəzində (Bakı şəhəri, 8 Noyabr prospekti 23, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsi) fəaliyyət göstərən xidmət pəncərəsi vasitəsilə qəbul ediləcək. 

İSB vətəndaşların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlərin tətbiqinə xüsusi önəm verir və bu istiqamətdə son dövrlərdə bir sıra rəqəmsal yeniliklər istifadəyə verilib. Vətəndaşlar İSB-nin rəsmi internet səhifəsinin (www.isb.az) “Şəxsi kabinet” və “Elektron xidmətlər” bölmələri vasitəsilə bir sıra xidmətlərdən onlayn şəkildə faydalana bilərlər. 

Eyni zamanda, www.isb.az  portalında "İcbari sığorta müqavilələrinin yoxlanılması" bölməsi vasitəsilə sığorta müqavilələrinin qüvvədə olub-olmadığını yoxlamaq mümkündür. 

İSB vətəndaşlara daha rahat və innovativ xidmətlərin təqdim edilməsi, yeni rəqəmsal həllərin tətbiqi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.