Son Xəbərlər
İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab
Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının
Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə Tehranla danışıqların anlaşma
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların
Dünya çempionatının pley-of mərhələsinin oyunları davam edir. Liderxeber.az

Donald Tramp İranla nüvə danışıqlarının uzadılmasına etiraz etmir

01 iyl 2026, 09:40
Donald Tramp İranla nüvə danışıqlarının uzadılmasına etiraz etmir

ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə Tehranla danışıqların anlaşma memorandumu ilə müəyyən edilmiş 60 günlük son müddəti aşmasında heç bir problem görmədiyini bildirib.

Liderxeber.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Wall Street Journal" (WSJ) qəzeti məlumat yayıb.

Məlumata görə, son günlər ərzində Ağ Ev lideri Pentaqon rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynlə bir neçə görüş keçirərək, İslam Respublikasına qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalını müzakirə edib. Tramp belə qənaətə gəlib ki, yeni irimiqyaslı hücumlar diplomatik səylərə mane ola və Vaşinqtonun Tehranın nüvə proqramını ləğv etmək şanslarını azalda bilər. Nəşr vurğulayır ki, Tramp bu məsələ ilə bağlı hələlik yekun qərar qəbul etməyib. Bununla belə, prezident köməkçilərinə bildirib ki, İranla nüvə sazişinin bağlanması üzrə danışıqlar uzanarsa və avqustun 18-də başa çatan son müddəti keçərsə, buna etiraz etməyəcək.

Nəşr yazır ki, gərginliyi azaltmaq məqsədilə ABŞ böhran vəziyyətlərinin tənzimlənməsi üçün ABŞ Mərkəzi Komandanlığı ilə İslam İnqilabı Keşikçiləri Korpusu arasında rabitə kanalının yaradılması istiqamətində addımlar atıb. Bəzi ABŞ rəsmiləri nəşrə bildiriblər ki, bunu Vaşinqtonla Tehran arasında münasibətlərin yaxşılaşmasının göstəricisi kimi qəbul edirlər, digərləri isə bu təşəbbüsün hələ ilkin icra mərhələsində olduğuna diqqət çəkiblər. Ağ Ev rəsmisi qəzetə açıqlamasında münaqişələrin tənzimlənməsi üçün nəzərdə tutulan bu rabitə kanalının artıq açıq olduğunu və hər iki tərəfdən istifadə olunduğunu qeyd edib.