Son Xəbərlər
İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab
Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının
Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə Tehranla danışıqların anlaşma
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların
Dünya çempionatının pley-of mərhələsinin oyunları davam edir. Liderxeber.az

Vens: "ABŞ İranla münasibətlərdə "qamçı və kökə" siyasətindən istifadə edir"

01 iyl 2026, 10:22
Vens: "ABŞ İranla münasibətlərdə "qamçı və kökə" siyasətindən istifadə edir"

Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və kökə" metoduna müraciət edir.

Liderxeber.az "Fox News" telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey Di Vens danışıb.

"Son bir neçə həftə ərzində iranlılar gəmilərə hücum etməyiblər. Hörmüz boğazından neftin təhlükəsiz keçməsi qismən ABŞ prezidentinin gəmilərə hücum ediləcəyi təqdirdə cavab zərbəsi endirəcəyimizi açıq şəkildə bildirməsi ilə əlaqədardır. Bəzən belə məsələlərdə həm mükafatlandırıcı, həm də cəzalandırıcı vasitələrdən istifadə etmək lazım gəlir", - deyə o qeyd edib.

Vens vurğulayıb ki, Birləşmiş Ştatlar danışıqlar prosesində rəsmi Tehrandan həm müsbət, həm də mənfi siqnallar alır. O, tərəflərin diplomatik səylərinin uğurla nəticələnəcəyinə ümid etdiyini bildirib.

"Prezident bizə tapşırıb: Problemin üzərində işləyin, danışıqların hansı nəticələrə gətirib çıxaracağını izləyin. Əgər diplomatik yanaşmalar uğurlu həllini təmin etməzsə, yenə də bizim qarşımızda çoxlu variantlar mövcuddur və biz artıq ABŞ vətəndaşları üçün kifayət qədər nailiyyət əldə etmişik", - deyə ABŞ vitse-prezidenti əlavə edib.