Son Xəbərlər
İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab
Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının
Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə Tehranla danışıqların anlaşma
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların
Dünya çempionatının pley-of mərhələsinin oyunları davam edir. Liderxeber.az

Yaponiya və Koreya vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər

01 iyl 2026, 10:33
Yaponiya və Koreya vətəndaşları bu gündən Azərbaycana vizasız gələcəklər

Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının asanlaşdırılması, ölkələr arasında əməkdaşlığın gücləndirilməsi və turizmin inkişafının təşviqi məqsədilə tətbiq olunub.

Liderxeber.az xəbər verir ki, yeni qaydalara əsasən, qeyd olunan ölkələrin vətəndaşları göstərilən müddət ərzində Azərbaycana üç dəfə vizasız gələ və hər gəliş zamanı ölkədə 30 günədək qala bilərlər.

Ölkəyə turizmdən fərqli məqsədlərlə gəlmək və ya burada uzunmüddətli qalmaq niyyətində olan sadalanan ölkə vətəndaşları isə qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq viza əldə etdikdən sonra Azərbaycana gələ bilərlər.

Xatırladaq ki, Azərbaycan ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilərin Miqrasiya Məcəlləsinin tələblərinə müvafiq qaydada olduğu yer üzrə qeydiyyata alınması zəruridir. Bununla yanaşı, qanunvericilikdə nəzərdə tutulan əsaslar mövcud olduğu təqdirdə əcnəbilər ölkə ərazisində müvəqqəti olma müddətləri bitənədək bu müddətin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən "miqrasiya xidmətləri" işçi pəncərəsi vasitəsilə fiziki qaydada və ya Xidmətin rəsmi internet səhifəsinin "Elektron xidmətlər" bölməsindən elektron qaydada Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.