Son Xəbərlər
İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab
Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının
Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə Tehranla danışıqların anlaşma
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların
Dünya çempionatının pley-of mərhələsinin oyunları davam edir. Liderxeber.az

Comərd Qəssab türbəsinin ətrafında abadlıq işləri görülüb - Fotolar

01 iyl 2026, 12:04
Comərd Qəssab türbəsinin ətrafında abadlıq işləri görülüb - Fotolar

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab türbəsinin ətrafında aparılan abadlıq, təmizlik və yaşıllaşdırma işləri ilə yerində tanış olub.

Liderxeber.az xəbər verir ki, türbəyə aparan 2 kilometr uzunluğunda yolun kənarında yerləşən yaşıllıq zolağı məişət və tikinti tullantılarından tam təmizlənib, əraziyə 2000 ədəd ağac əkilib və damcı suvarma sistemi quraşdırılıb. 

Həmçinin yaşıllıq zolağının mühafizəsi və inkişafı istiqamətində zəruri tədbirlər görülüb.

N.Bayramov görülən işlərlə tanış olduqdan sonra ərazidə abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi, yaşıllıqlara qulluq göstərilməsi və ətraf mühitin mühafizəsinin təmin olunması ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, Comərd Qəssab türbəsi Gəncənin ən qədim tarixi-memarlıq abidələrindən biridir. Türbə xalq arasında xeyirxahlığı və səxavəti ilə tanınan Comərd Qəssabın xatirəsinə ucaldılıb və şəhərin mühüm tarixi-mədəni irs nümunələrindən hesab olunur.