Son Xəbərlər
İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi,
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Comərd Qəssab
Meksika millisi 40 ildən sonra dünya çempionatının pley-off mərhələsində
Bu gündən etibarən "BakıKart" kartlarının satış qiyməti artırılıb.
"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə
Bildirilib ki, vizanın ləğvi vətəndaşların səyahət imkanlarının
Vaşinqton İranla yaranmış ixtilafların həlli prosesində "qamçı və
ABŞ Prezidenti Donald Tramp öz köməkçilərinə Tehranla danışıqların anlaşma
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı 65 olub. Bununla da qadınların
Dünya çempionatının pley-of mərhələsinin oyunları davam edir. Liderxeber.az

Netanyahu: "İsrailin İran, HƏMAS və "Hizbullah"la müharibəsi bitməyəcək"

01 iyl 2026, 10:35
Netanyahu: "İsrailin İran, HƏMAS və "Hizbullah"la müharibəsi bitməyəcək"

"İsrailin İran, eləcə də "Hizbullah" və HƏMAS qruplaşmaları ilə hərbi qarşıdurması hələ yekunlaşmayıb və yaxın zamanda bunun baş verəcəyi gözlənilmir".

Liderxeber.az "The Times of Israel" nəşrinə istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"Kanal 14"-ün müxbirinin İran, HƏMAS və "Hizbullah"la gedən döyüşlərin başa çatıb-çatmaması ilə bağlı sualını cavablandıran Netanyahu, bu prosesin heç vaxt bitməyəcəyini vurğulayıb.

O qeyd edib ki, Yaxın Şərqdə və qlobal miqyasda ayaqda qalmaq üçün böyük gücə sahib olmaq mütləqdir. Hökumət rəhbəri əlavə edib ki, İsrail bütün təhlükələrin qarşısını alaraq və düşmənlərini ciddi şəkildə zəiflədərək hərbi əməliyyatları çox uğurla həyata keçirib. Netanyahunun fikrincə, hazırda dövlət hər zamankından daha güclüdür. Baş nazir bildirib ki, İsrail "İran oxunun qalıqları" ilə məsələni həll etməli və sülh müqavilələri imzalamaq üçün yaranmış imkanlardan istifadə etməlidir.