Son Xəbərlər
DÇ-2026-nın pley-off mərhələsinin oyunları davam edir. Liderxeber.az xəbər
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni
Turanə Hüseynli yazır... Son illərdə həyatımıza daxil olan bəzi yeni
Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər
Yay aylarında baş dərisi daha tez yağlandığı üçün saçların yuyulma tezliyi də
Aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında ittiham olunan
Qazaxıstanda Kurultay adlanan birpalatalı yeni parlamentə ilk seçkilər 23
Onlayn və çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş
Dünyada qəhvə və şokoladın qiyməti tropik bitkilərin məhsuldarlığına təsir
İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi,

Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər

01 iyl 2026, 16:16
Buzlu içkiləri sevənlərə xəbərdarlıq: Görünməyən təhlükə sizi xəstələndirə bilər

Buz hazırlanarkən gigiyena qaydalarına əməl edilmədiyi halda, buzlu içkilər bağırsaq infeksiyalarının mənbəyinə çevrilə bilər.

Liderxeber.az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Asiyat Abdullayeva "RT"yə müsahibəsində danışıb.

"Ən çox rast gəlinən pozuntular arasında qaynadılmamış kran suyundan istifadə, buz generatoru və buz qəliblərinin lazımi qaydada təmizlənməməsi, eləcə də yuyulmamış əllərlə işlənilməsi yer alır", - deyə o xəbərdarlıq edib.

Asiyat Abdullayevanın sözlərinə görə, buz yalnız butulkalanmış və ya əvvəlcədən qaynadılmış sudan hazırlandıqda təhlükəsiz hesab olunur. Bundan əlavə, buzun hermetik qablaşdırmada saxlanılması və çiy ət, balıq kimi məhsullardan uzaq tutulması tövsiyə edilir.

"Bulanıq buz kubları, yad qoxu və ya qeyri-bərabər quruluş buzun keyfiyyətinə şübhə yaradır. Belə hallarda həmin buzdan hazırlanmış içkidən imtina etmək lazımdır. Təhlükəsiz buz, adətən, şəffaf və təmiz olur", - deyə mütəxəssis bildirib.