Son Xəbərlər
15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş Kuboku – 2026”
Bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində həyata
Bəhreynin hava hücumundan müdafiə qüvvələri iyunun 6-da 3 raket və bir neçə
7 iyun tarixinə təyin edilmiş Ermənistanda parlament seçkiləri artıq standart
Rusiyanın Sankt-Peterburq şəhəri bu gün səhər saatlarında genişmiqyaslı dron
İyunun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya
İranın xarici işlər naziri Abbas Əraqçi Livan Prezidenti Cozef Aunun Tehranın
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir
Bu gün Mədinə şəhərindən zəvvarların ilk qrupu Azərbaycana yola salınıb.
Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı

Neftçalada 20 Yanvar faciəsi qurbanları yad olundu

20 yan 2024, 20:47
Neftçalada 20 Yanvar faciəsi qurbanları yad olundu

Neftçalada 20 Yanvar şəhidlərin 34-cü il dönümü qeyd olunub.

Xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının,  idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə ilk öncə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub, önünə tər qərənfillər düzülüb, 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zaman şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların məzarlarını ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlarını verib. Şəhid ailələri 44 günlük Vətən müharibəsində qazanılan Şanlı qələbəmiz, 19-20 sentyabr 2023-cü il tarixində aparılan lokal antitererror tədbirləri ilə Ölkəmizin suverenliyinin tam bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək şəhid ailələri adından Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.