Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

NDU və Çin universiteti əməkdaşlığa başlayır - Fotolar

28 apr 2026, 16:26
NDU və Çin universiteti əməkdaşlığa başlayır - Fotolar

Naxçıvan Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Sincan Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə rəsmi görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, Sincan-Uyğur Muxtar Vilayətinin Urumçi şəhərində keçirilən görüşdə Sincan Universitetinin prezidenti Ma Xinbin, vitse-prezident Shawulie Yimahazi, Beynəlxalq Mübadilə və Əməkdaşlıq Ofisinin direktor müavini Tian Xin, həmçinin Urumçi Şəhər Xarici Əlaqələr İdarəsinin direktor müavini Zinati Abulikemu və əməkdaşı Huang Jiawen görüşdə iştirak ediblər.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran əməkdaşlıq istiqamətləri üzrə geniş fikir mübadiləsi aparılıb. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev ali təhsil ocağının fəaliyyəti, xüsusilə, beynəlxalq əməkdaşlıqları barədə ətraflı məlumat verib.

İlkin mərhələdə yaşıl enerji sahəsində birgə layihələrin həyata keçirilməsi, “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ikili diplom proqramının yaradılması, süni intellekt və biotexnologiya sahələrində birgə mərkəzlərin qurulması barədə razılığa gəlinib.

Bununla yanaşı, tərəflər arasında birgə İpək Yolu Araşdırmalar Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub. Bu təşəbbüs gələcəkdə elmi tədqiqat fəaliyyətinin genişləndirilməsinə, akademik mübadilənin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsinə mühüm töhfə verəcək.

Görüş çərçivəsində Urumçi və Naxçıvan şəhərləri arasında mövcud qardaşlaşma əlaqələrinin əhəmiyyəti də vurğulanıb. Bu münasibətlər iki şəhər arasında mədəni və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır.

Universitetlərarası əlaqələrin inkişafının şəhərlərarası tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunub. 

Sonda Sincan Universitetinin kampusu, Süni intellekt mərkəzi və innovasiya laboratoriyaları ilə tanışlıq olub.