Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Sinif yoldaşlarını ölümlə hədələdiyi deyilən şagirdlə bağlı - Açıqlama

23 apr 2026, 11:15
Sinif yoldaşlarını ölümlə hədələdiyi deyilən şagirdlə bağlı - Açıqlama

Paytaxtda yerləşən 275 nömrəli tam orta məktəbin V sinfində təhsil alan şagirdin sinif yoldaşlarını ölümlə hədələməsi ilə bağlı iddialar səsləndirilib.

İddialara əsasən, şagird ölümlə təhdid etdiyi sinif yoldaşlarının siyahısını hazırlayıb.

Liderxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı məktəbdən “Azərbaycan müəllimi”nə bildirilib ki, 2022-ci ilin 16 noyabr tarixində 275 nömrəli tam orta ümumtəhsil məktəbinə yerdəyişmə ilə gələn 5 “d” sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) valideyni tərəfindən əvvəlki məktəbinə geri qaytarılıb.

“Qeyd edək ki, məktəb psixoloqlarının şagirdlə apardığı işin nəticəsi olaraq müəyyən davranış tənzimləməsi ilə bağlı fərdi mütəxəssis dəstəyi alması haqda valideynə məlumat verilib. Bununla yanaşı, şagird davranış qaydaları ilə əlaqədar məktəb psixoloqu tərəfindən zəruri dəstəkləyici tədbirlər həyata keçirilib”, - açıqlamada vurğulanıb.

Məlumata görə, həmçinin Suraxanı rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla bağlı profilaktik işin təşkili bölmə rəisi valideyn və şagirdlərlə profilaktik söhbət aparıb.