Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Neftçalada “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib

22 apr 2026, 19:49
Neftçalada “Zəkaların mübarizəsi” olimpiadasının regional mərhələsi keçirilib

Neftçala rayonunda Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə zona birinciliyi keçirilib.
 
Açılış mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev və digər qonaqlar  iştirak ediblər.
 
Olimpiadanın regional seçim mərhələsi açıq elan edilməzdən  öncə xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 
Tədbirdə  Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək qeyd edib ki, belə nüfuzlu bilik yarışlarının regionda təşkili gənclərin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Ölkədə həyata keçirilən təhsil siyasəti nəticəsində gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılmışdır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar və Heydər Əliyev Fondunun layihələri təhsil sahəsinin inkişafında mühüm rol oynayır. Sonda iştirakçılara uğurlar arzulanıb və bu cür layihələrin gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyi qeyd olunub.
 
Digər çıxış edənlər- Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildiriblər ki, bu cür bilik yarışları şagirdlərin intellektual potensialının inkişafına, onların analitik düşünmə və komanda bacarıqlarının formalaşmasına mühüm töhfə verir. Qeyd olunub ki, regionlarda keçirilən belə layihələr gənclər arasında sağlam rəqabət mühitinin güclənməsinə, təhsil və mədəniyyət sahəsində inteqrasiyanın dərinləşməsinə xidmət edir. Eyni zamanda, gənclərin ictimai həyatda fəallığının artırılması və onların yaradıcı təşəbbüslərinin dəstəklənməsi istiqamətində bu kimi tədbirlərin davamlı keçirilməsinin vacibliyi vurğulanıb.
 
Daha sonra bilik yarışına start verilib. Bildiririk ki, Olimpiadanın regional üzrə seçim mərhələsində Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarının komandalarını təmsil edən IX-XI sinif şagirdləri iştirak edib. Sonda olimpiadanın regional mərhələsinin  qalibi Salyan rayonunu təmsil edən “ASTER” komandası olub və may ayında keçiriləcək “Zəkaların mübarizəsi” olimpiadasının final mərhələsinə vəsiqə qazanıb. 
 
Həmçinin “Zəkaların mübarizəsi” olimpiadasının şahmat turniri üzrə region mərhələsinin qalibləri mükafatlandırılıb. Nəticələrə əsasən I yerə Neftçala, II yerə Salyan, III yerə isə Hacıqabul rayonunun komandaları layiq görülüblər. 
 
Yarış zamanı məktəblilərin ifasında musiqi və rəqslər nümayiş etdirilib.
 
Qeyd edək ki, “Zəkaların mübarizəsi” olimpiadasının keçirilməsində əsas məqsəd şagirdlərin analitik düşünmə, liderlik, komanda ilə işləmə, planlaşdırma və strategiya qurma bacarıqlarını inkişaf etdirmək, sağlam rəqabət və dostluq mühitini gücləndirməkdir.
1
1
1
1
1
1
1