Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Metronun fəaliyyəti bərpa olundu - Yenilənib

21 apr 2026, 15:11
Metronun fəaliyyəti bərpa olundu - Yenilənib

“Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür”.

Liderxeber.az xəbər verir ki, bu barədə Bakı Metropoliteninin yaydığı növbəti açıqlamada qeyd olunub. 

Bildirilib ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.

***

Qurumun yaydığı növbəti məlumata görə, Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.

***

Son məlumata görə, Bakı metrosunun fəaliyyəti bərpa olunub:

“Xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib. Yaranmış narahatlığa görə sərnişinlərdən bir daha üzr istəyir, göstərilən anlayışa görə təşəkkür edirik”, - qurumun məlumatında qeyd edilib.

Xatırladaq ki, hazırda Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilir. Buna səbəb isə bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlığın yaranmasıdır.