Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Həmkarlar İttifaqı ömürlük müavinəti niyə kəsib? - Rəsmi açıqlama

20 apr 2026, 15:41
Həmkarlar İttifaqı ömürlük müavinəti niyə kəsib? - Rəsmi açıqlama

Bir müddət əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən bir qrup şəxsə verilən aylıq müavinətin kəsilməsi ilə bağlı məlumat yayılmışdı. 

Liderxeber.az-ın verdiyi məlumata görə, “Həmkarlar ittifaqında xidmətlərinə görə” döş nişanı ilə təltif edilən və ömürlük aylıq müavinət ayrılan bir qrup şəxsin bank hesablarına həmin vəsaitin köçürülməsi dayandırılıb. 

İddia olunur ki, Konfederasiya bu ilin fevral ayında 172 manat məbləğində müavinətin dayandırılması barədə qərar qəbul edib. Lakin təqaüdü alan şəxslərə əvvəlcədən bununla bağlı heç bir məlumat verilməyib. Eyni zamanda, ömürlük təyin olunan müavinətin hansı əsaslarla kəsildiyi də açıqlanmayıb. Onlar sadəcə ayın sonunda kartlarını yoxlayan zaman balanslarına pulun köçmədiyini görüblər. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, qurum tərəfindən əvvəlki illərdə “Həmkarlar ittifaqında xidmətə görə” medalı təsis edilib və bu medalla təltif olunmuş şəxslərə aylıq müavinətin ödənilməsi nəzərdə tutulub: “Lakin sonrakı dövrdə qanunverici orqan tərəfindən “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliyə əsasən, orden və medal vətəndaşlara xüsusi xidmətlərə görə verilən dövlət təltifi hesab olunub, sözügedən Qanundan başqa digər normativ hüquqi aktlarda “orden” və ya “medal” ifadələrindən istifadə edilməklə hər hansı təltif növünün təsis edilməsi qadağan edilib.

Bununla əlaqədar, qüvvədə olan qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq, “Həmkarlar ittifaqında xidmətə görə” medalının təsis olunması haqqında Əsasnamə ləğv edilərək təltif olunmuş şəxslərə müavinətlərin ödənilməsi dayandırılıb”.

Qeyd edək ki, həmin təqaüdü alan şəxslər arasında bir sıra keçmiş və indiki məmurlar var.