Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“BakuBus” avtobusunda tüstülənmə oldu - Video

16 apr 2026, 10:02
“BakuBus” avtobusunda tüstülənmə oldu - Video

Bakının Yasamal rayonu, “Statistika dairəsi”nin yaxınlığında “BakuBus” avtobusunda tüstülənmə olub.

Liderxeber.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Dayanacaqda qəfil tüstülənən avtobusu sürücü və sərnişinlər tərk ediblər.

Məsələ ilə əlaqədar “BakuBus” MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə avtobusun mühərrikində yaranan nasazlıq səbəbindən baş verib: “BakuBus” MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb. Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub.

Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndirilib və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib.

Bildiririk ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi “BakuBus” MMC-nin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir və bu istiqamətdə bütün zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”.