Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Türkiyədə daha bir məktəbə silahlı hücum - 4 ölü, 20 yaralı - Yenilənib

15 apr 2026, 16:00
Türkiyədə daha bir məktəbə silahlı hücum - 4 ölü, 20 yaralı - Yenilənib

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə silahlı insident baş verib.

Liderxeber.az “NTV”yə istinadən xəbər verir ki, hadisə Onikişubat bölgəsində Ayser Çalık orta məktəbində qeydə alınıb.

İlkin məlumata görə, məktəbə silahlı hücum baş verib və insident zamanı 6 nəfər yaralanıb.

Kahramanmaraş valisi Mükerrem Ünlüer hadisə zamanı ölənin olduğunu açıqlayıb.

Xatırladaq ki, dünən Türkiyənin Şanlıurfa vilayətində Ömer Ket adlı 19 yaşlı gənc avtomatla liseyə daxil olaraq ətrafdakı insanlara atəş açıb. Hadisə zamanı aralarında şagird və müəllimlərin də olduğu 16 nəfər xəsarət alıb. Ö.Ket daha sonra eyni silahla özünə atəş açaraq intihar edib.

***

“TRT Haber”in məlumatına görə, hadisə zamanı 4 nəfər həlak olub, daha 20 nəfər isə yaralanıb.

Yaralılardan dördünün vəziyyəti ağırdır. Ölənlərdən biri müəllim, digər üçü isə şagird olub. 

***

Hadisənin məktəbin 8-ci sinif şagirdi tərəfindən törədildiyi bildirilib.

Həmin şagird iki sinfə daxil olaraq ətrafa atəş açıb. O, bel çantasında məktəbə 5 silah gətirib.

***

Mükerrem Ünlüer şagirdin daha sonradan intihar etdiyini açıqlayıb.