Son Xəbərlər
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna
Günəş yanıqları zamanı dəriyə qatıq və ya xama çəkmək infeksiyaya səbəb ola
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin
"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun

Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirildi - Fotolar

10 apr 2026, 17:52
Bakıda Ayətullah Seyid Əli Xameneinin anım mərasimi keçirildi - Fotolar

Aprelin 10-da İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar Bakıda anım mərasimi keçirilib.

Liderxeber.az xəbər verir ki, mərasimdə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, hökumət və ictimaiyyət nümayəndələri, din xadimləri iştirak ediblər.

Mərasim əvvəlcə “Qurani-Kərim” tilavəti ilə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək, Seyid Əli Xamenei ilə bağlı xatirələrini bölüşüb, onun zəngin mənəvi irsindən və İslam dünyasındakı rolundan danışıb. Şeyxülislam, eyni zamanda, dünyada baş verən münaqişə və fəlakətlərin aradan qalxmasını diləyib, bəşəriyyət üçün sülh, əmin-amanlıq və rifah arzularını ifadə edib.

İranın ölkəmizdəki səfiri Müctəba Dəmirçilu çıxışında Seyid Əli Xameneinin həyat yolu, dövlət və din sahələrindəki fəaliyyəti, həmçinin İslam dünyasına verdiyi töhfələrdən bəhs edib. O, gərginliyin ilk günlərindən etibarən Azərbaycanın göstərdiyi həmrəyliyi, humanitar və mənəvi dəstəyi xüsusi vurğulayaraq, buna görə ölkəmizə minnətdarlığını bildirib.

Sonra çıxış edən din xadimləri dini dəyərlər və mənəvi irs barədə danışıblar. Mərhumun xatirəsi ehtiramla yad edilərək onun dini və ictimai fəaliyyəti yüksək qiymətləndirilib.

Qeyd edək ki, Ayətullah Seyid Əli Xameneinin həlak olmasının 40-cı günü ilə əlaqədar bu gün Naxçıvanda da anım mərasimi keçirilib.

Onu da xatırladaq ki, İranın ali dini lideri Əli Xamenei fevralın 28-də vəfat edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun vəfatı ilə əlaqədar İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb, həmçinin Bakıda İran səfirliyini ziyarət edərək, xatirə kitabına ürək sözlərini yazıb.