Son Xəbərlər
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna
Günəş yanıqları zamanı dəriyə qatıq və ya xama çəkmək infeksiyaya səbəb ola
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin
"Burada qeyd olundu ki, kitabxana binalarının təxminən 80 faizi uyğun

“Nikah zamanı narkoloji arayışın tələbi zəruri olmalıdır” - Deputat

10 apr 2026, 16:35
“Nikah zamanı narkoloji arayışın tələbi zəruri olmalıdır” - Deputat

“Öncədən qeyd etmək istəyirəm ki, qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Bildiyiniz kimi, narkotik vasitələrin qəbulu insan sağlamlığına ən çox zərər verən vərdişlərdən biridir”.

Liderxeber.az xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov deyib. 

O bildirib ki, problem cəmiyyətə də ciddi ziyan vurur və bu asılılıq insan taleyinə mənfi təsir göstərir:

“Ölkəmizdə bunun qarşısını almaq üçün bir sıra tədbirlər görülür və mübarizə aparılır. Lakin təəssüf ki, digər ölkələrdə olduğu kimi, bu problem bizim cəmiyyətimizdən də yan keçmir. Düzdür, digər ölkələrlə müqayisədə ölkəmizdə bu sahədə göstəricilər daha aşağıdır. Bu da sözsüz ki, dövlətimizin narkomaniyaya qarşı apardığı ciddi mübarizənin nəticəsidir.

Hesab edirəm ki, müzakirə etdiyimiz qanun layihəsi işə qəbul olunan həmin şəxslərin bu məsələyə daha məsuliyyətlə yanaşmasına səbəb olacaq. Əlavə olaraq, müzakirə etdiyimiz məsələ ilə bağlı bir təklif də irəli sürmək istərdim.

Belə ki, nikah bağlanarkən tibbi arayışla yanaşı, narkoloji tibb müəssisəsi tərəfindən verilmiş tibbi müayinə haqqında rəyin də təqdim olunması məqsədəuyğun olardı. Təəsüf ki, bəzi hallarda, şəxsdə narkoloji asılılığın olduğu nikahdan sonra müəyyən edilir və bu da ailələrin dağılmasına səbəb olur. Əgər bu hallar öncədən müəyyən edilərsə, boşanmaların sayı da azala bilər”, - deputat bildirib.