Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bəzən bu gözləmə günlərlə davam edir... - Rəsmi açıqlama

08 apr 2026, 11:43
Bəzən bu gözləmə günlərlə davam edir... - Rəsmi açıqlama

İcbari Tibbi Sığorta çərçivəsində dövlət tibb müəssisələrində həkim qəbuluna düşmək müşkülə çevrilib. Xəstəxanada uzun növbələr yaranır, nəticədə vətəndaş dərdinə çarə tapmadan geri qayıtmalı olur.

Liderxeber.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı ATV bir sıra tibb müəssisələrindən reportaj hazırlayıb.

Yeni Klinikadan çıxan vətəndaşlardan biri növbəsinin 1143-cü olduğunu bildirib. Klinikaya üz tutuan vətəndaşlar sıxlığın ən çox qeydiyyat və həkim qəbulu zamanı yaşandığını deyirlər. “Mən 1117-ci növbədəyəm. Qəbulda da heç kəs yoxdur, həkim bomboş oturub” - , vətəndaşlardan biri iddia edib.

Paytaxtın bir sıra xəstəxanalarında vəziyyət eynidir. Bölgələrdə isə bir sıra – MRT və KT kimi texniki avadanlıqlar olmadığından sakinlər Bakıya üz tutmaq məcburiyyətində qalır.

Məsələyə TƏBİB-in də mövqeyi öyrənilib. Qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, pasiyentlər daha çox səhər saatlarında tibb müəssisəsinə üz tutmağa üstünlük verir: “Bu da əlavə olaraq növbələrin yaranmasına gətirib çıxarır. MRT və KT müayinələri həm planlı, həm də təxirəsalınmaz formada icra olunur. Əsasən səhər və axşam növbələrinin təşkili prinsipi əsasında həmin müayinələr təmin edilir. Xüsusilə ağır kompleks və riskli müayinələr səhər saatlarında aparılır”.

Bölgələrlə bağlı vəziyyətə gəldiksə isə TƏBİB nümayəndəsi əlavə edib ki, 8 tibb müəssisəsində MRT, 1 tibb müəssisəsində KT xidməti qurulub.