Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Hicabla bağlı yayılan xəbərə aydınlıq gətirildi - Açıqlama

07 apr 2026, 13:52
Hicabla bağlı yayılan xəbərə aydınlıq gətirildi - Açıqlama

Sosial şəbəkələrdə dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşdığı və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı, baş örtüyünün ləğv ediləcəyi və onun kəlağayı ilə əvəzlənəcəyi barədə məlumat gündəmi zəbt edib. İnformasiya "Yeni Müsavat" Media Qrupunun platformalarında dərc olunub. Mövzuyla bağlı media qurumu açıqlama yayıb. 

Liderxeber.az həmin açıqlamanı sizə təqdim edir:

""Yeni Müsavat" Media Qrupunun platformalarında dini baş örtüklərinin istifadəsi ilə bağlı yeni tənzimləmənin tətbiqi istiqamətində artıq dövlət səviyyəsində qərar formalaşdığı və yaxın zamanlarda bunun rəsmi şəkildə elan olunacağı, baş örtüyünün ləğv ediləcəyi və onun kəlağayı ilə əvəzlənəcəyi barədə yayımlanmış məlumatın həqiqəti əks etdirmədiyini bildiririk.Aparılan dəqiqləşdirmələr nəticəsində müəyyən olunub ki, qeyd edilən məsələ ilə bağlı heç bir rəsmi qərar yoxdur, belə bir təşəbbüs müzakirə edilmir və yayımlanmış informasiya əsassızdır.

Sözügedən material redaksiya əməkdaşlarımızdan birinin dəqiqləşdirilməmiş məlumat əsasında hazırladığı yazı nəticəsində yayımlanıb. Bu, redaksiya prinsiplərinə uyğun olmayan ciddi peşə səhvi kimi qiymətləndirilir.

Yanlış məlumat ictimai rəydə narahatlıq yaratdığı və inanclı vətəndaşları incitdiyi üçün bütün oxucularımızdan səmimi şəkildə üzr istəyirik.

Məlumat dərhal bütün platformalarımızdan silinib və oxucularımıza həmin xəbərə etibar etməmələrini tövsiyə edirik.

Gələcəkdə bu kimi halların təkrarlanmaması üçün redaksiya daxilində əlavə nəzarət və yoxlama mexanizmləri gücləndiriləcək" açıqlamada qeyd olunub.