Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Kəndlərarası yol yararsız hala düşdü - Video-Yenilənib

06 apr 2026, 15:12
Kəndlərarası yol yararsız hala düşdü - Video-Yenilənib

Qusarda güclü yağışlar səbəbindən rayonun Yasab və Piral kəndlərini birləşdirən yol istifadəyə yararsız vəziyyətə düşüb.

Liderxeber.az xəbər verir ki, hadisə nəticəsində kəndlərarası əlaqə kəsilib.

***

Hadisə ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) sorğumuza cavab olaraq bildirilib ki, Qusar rayonu ərazisində yerləşən Həzrə–Sudur avtomobil yolunun təqribən 14-cü kilometrliyində yağan intensiv yağışlar nəticəsində yaranmış sel suları yolun bir hissəsini yuyaraq yararsız vəziyyətə salıb:

“Hadisə baş verən kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunmuş, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülmüş, ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb”. 

Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir. Ərazi nəzarətdə saxlanılır.

Həmin görüntüləri təqdim edirik: