Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Qatarlar gecikə bilər - ADY

06 apr 2026, 09:50
Qatarlar gecikə bilər - ADY

Azərbaycan Dəmir Yolları (ADY) QSC ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

Liderxeber.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. 

Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edilir.

“Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.

Aramsız külək və yağışın qatarların görünmə məsafəsini və səsinin eşidilməsini məhdudlaşdıra biləcəyini nəzərə alaraq sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik”, - məlumatda qeyd olunub.