Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“7 gündür suyun içindəyik...”

03 apr 2026, 10:11
“7 gündür suyun içindəyik...”

Nərimanov rayonu Keşlə Yük Stansiyası küçəsində sakinlərin üzləşdiyi kanalizasiya problemi həftələrdir davam edir.

Liderxeber.az xəbər verir ki, İTV-yə müraciət edən sakinlər binaların zirzəmilərinə dolan çirkab suların ətrafa kəskin qoxu yaydığını, yaranan nəmişliyin isə evlərdə yaşayışı çətinləşdirdiyini bildiriblər.

“7 gündür suyun içindəyik, zirzəmilər dolub. Hamam-tualet və mətbəxim həyətdədir, hamısı su ilə dolub. Bütün əşyalarım suyun içindədir”, - şikayətçi Sevinc Məmmədova bildirib.

Digər sakinlərdən Tərlan Zalova düşdükləri vəziyyətlə bağlı tədbir görülməsini tələb edib: “Nə vaxta qədər belə olacağıq? Yağış kəsir, camatın vəziyyəti düzəlir, yağış yağanda yenə eyni vəziyyət. Kanalizasiya dolub, kimə deyirik, gəlib baxmırlar.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ünvanda tullantı su xəttində tutulma baş verib: “Əraziyə Xətai Su Kanalı İdarəsinin briqadası cəlb edilib. Xəttin açılması istiqamətində işlər görülür. Bununla belə sakinlər problemin qısa müddətdə tam həllini gözləyirlər. Kanalizasiya probleminin nə vaxt aradan qaldırılacağı isə hələlik məlum deyil”.