Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bu idman qidaları satışdan yığışdırıldı - Fotolar

02 apr 2026, 14:33
Bu idman qidaları satışdan yığışdırıldı - Fotolar

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və idman zallarında monitorinq aparıb.

Liderxeber.az xəbər verir ki, monitorinq aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışının həyata keçirildiyi halda qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. 

Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Əfqan Ruslan oğluna məxsus “Wolf Fitness” idman zalında arıqlamaq məqsədilə qəbul edilən “L-Carnitine 2000 caffeine” əmtəə nişanlı, Sabunçu rayonu, Bakıxanov ştq, Sülh küçəsi 14/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramov Fuad Fəqan oğluna məxsus “Arslan” fitnes zalında isə “Gold Standart Whey”, “C4-Pre Workout”, “Argipower 120 cephl” əmtəə nişanlı idman qida məhsullarının müvafiq icazə sənədi olmadan qanunsuz şəkildə satışının həyata keçirildiyi aşkarlanıb.

Həmin məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.

Monitorinq zamanı həmçinin “İRON MAXX”, “Whey.az”, “Protein Shop” mağazalarında, “Qol güləşi idman kompleksi”ndə, “Wolf Fitness”, “Just FİT”, “Arslan Fitnes” və “Adrenaline” idman zallarında üzərində Azərbaycan dilində etiket məlumatları olmayan idman qida məhsulları aşkar edilib ki, həmin məhsullar da satışdan kənarlaşdırılaraq etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. 

Monitorinqlər davam etdirilir.