Son Xəbərlər
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna
Günəş yanıqları zamanı dəriyə qatıq və ya xama çəkmək infeksiyaya səbəb ola
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbs müddəti
Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfəri çərçivəsində həmin

Dövlət hesabına oxuyan tələbələrdən pul tələb olunur?

01 apr 2026, 13:29
Dövlət hesabına oxuyan tələbələrdən pul tələb olunur?

Qərbi Kaspi Universitetində dövlət sifarişi əsasında təhsil alan bəzi tələbələr onlardan ödəniş tələb olunduğunu deyirlər. 

Bu iddia ilə Liderxeber.az-a bir neçə tələbə müraciət edib.

Onların sözlərinə görə, ödəniş etməyən tələbələrin imtahana buraxılmayacağı ilə bağlı xəbərdarlıq olunub: “Qərbi Kaspi Universitetində dövlət sifarişi ilə təhsil alan tələbələrə dünən universitetdən deyiblər ki, dövlət sizin ödənişləri tam ödəyə bilmir, ona görə də qalan pulları siz ödəməlisiniz. Ödəməsəniz, imtahanlara buraxılmayacaqsınız. Biz hansı sənəd əsasında pul ödəməliyik, niyə ödənişsiz qəbul olunduğumuz halda pul ödəməliyik?! Anlaya bilmirik”.

Ali məktəb belə bir əsas gətirməklə tələbələrdən pul tələb edə bilərmi?

Buna aydınlıq gətirmək üçün Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Dövlət sifarişi əsasında təhsil alan tələbələrdən təhsil haqqı formasında hər hansı ödənişin tələb olunması qanunaziddir. Dövlət sifarişi ilə təhsil alan tələbələrin təhsil haqları dövlət tərəfindən müvafiq qaydada təhsil müəssisələrinə ödənilir.

Xəbəri rus dilində oxuyun: Университет требует деньги с "бюджетников" - cкандал в вузе

Bu baxımdan, nə dövlət, nə də özəl ali təhsil müəssisəsi tələbədən həmin ödənişin hər hansı bir hissəsini tələb edə bilməz”.

Problemlə bağlı Qərbi Kaspi Universitetinə də sorğu ünvanlamışıq.