Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Mayda da 2 bayramı bir gündə qeyd edəcəyik - 14 gün iş olmayacaq

31 mar 2026, 15:17
Mayda da 2 bayramı bir gündə qeyd edəcəyik - 14 gün iş olmayacaq

Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur.

Liderxeber.az 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.

Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir.

Maraqlıdır ki, martda olduğu kimi, mayda da iki bayram - Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşəcək. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu - 30, 31 may tarixləri qeyri-iş günü olacaq.

Xəbəri rus dilində oxuyun: Майские каникулы 2026: в Азербайджане будет 14 выходных

Ümumilikdə isə mayda şənbə-bazar da daxil 14 gün iş olmayacaq.

Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.