Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Sulutəpəni yağış suları basdı, hərəkət çətinləşdi - Video

27 mar 2026, 15:50
Sulutəpəni yağış suları basdı, hərəkət çətinləşdi - Video

Bu gün yağan güclü yağışlar səbəbindən paytaxtın Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin Pənahabad küçəsini su basıb.

Liderxeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, intensiv yağıntı nəticəsində qəsəbənin bir sıra küçələrində suyun səviyyəsi xeyli yüksəlib və bu da nəqliyyatın və piyadaların hərəkətini çətinləşdirib.

Bəzi ərazilərdə isə yollar demək olar ki, keçilməz vəziyyətə düşüb. Sakinlər bildirir ki, hər yağışdan sonra oxşar vəziyyət təkrarlanır: “Dəfələrlə icra hakimiyyətinə və bələdiyyəyə müraciət etmişik, məsələ onların diqqətinə çatdırılıb. Lakin hər yağış yağanda eyni vəziyyət təkrarlanır və heç bir tədbir görülmür. Nəticədə ərazi tamamilə yararsız hala düşür, evdən kənara çıxmaq demək olar ki, mümkün olmur. Bu problem gündəlik həyatımıza ciddi çətinlik yaradır”. 

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

“Vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət etmişik. Göründüyü kimi intensiv yağışlar yağmağa davam edir. Ərazidə aidiyyəti qurumlar yaranmış problemlərin qarşısını almağa çalışırlar”. 

Lamiyə Məmmədova