Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

BDYP-dan yağışlı hava ilə bağlı - Xəbərdarlıq

25 mar 2026, 16:42
BDYP-dan yağışlı hava ilə bağlı - Xəbərdarlıq

Hazırda paytaxt Bakı şəhərində, eləcə də respublikanın bir sıra bölgələrində yağış müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.

Liderxeber.az xəbər verir ki, bununla əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edir.

Sürücülərdən xahiş olunur:

-Hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər;

-Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz ara məsafəsini qorusunlar;

-Qəfil manevrlərdən və kəskin əyləcləmədən çəkinsinlər;

-Yağış, duman və ya çiskin zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirsinlər;

-Zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmasınlar.

Piyadalara tövsiyə olunur:

-Yolu yalnız müəyyən olunmuş yerlərdən keçsinlər;

-Hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirsinlər;

-Qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olsunlar.

Unutmayaq ki, çətin hava şəraitində yolda atılan hər bir düzgün addım bir həyatın qorunmasına xidmət edir.

Qaydalara əməl edək, təhlükəsizliyi birlikdə təmin edək.