Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“BakuBus” MMC bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

19 mar 2026, 12:06
“BakuBus” MMC bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

“BakuBus” MMC qarşıdan gələn Novruz bayramı günlərində bölgələrə səfər edən sərnişinlərin sayında gözlənilən artımı nəzərə alaraq, 20–30 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Liderxeber.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qeyd olunan tarixlərdə Bakıdan Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Sınıq Körpü və Zaqatala istiqamətlərinə fəaliyyət göstərən müntəzəm marşrut xətləri üzrə əlavə reyslər təşkil ediləcək. Sərnişindaşıma xidmətləri sərnişin sıxlığını tənzimləmək məqsədilə daha intensiv qrafik əsasında həyata keçiriləcək.

Bayram günlərində sərnişin axınının çox olacağını nəzərə alaraq, bölgələrə səfər etməyi planlaşdıran vətəndaşlara biletlərini əvvəlcədən onlayn qaydada əldə etmələri tövsiyə olunur.

“BakuBus” MMC bütün sərnişinləri və qonaqları Novruz bayramı münasibətilə təbrik edir, hər kəsə xoş, təhlükəsiz və rahat səyahətlər arzulayır.