Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Neftçalada iftar süfrəsi açılıb

19 mar 2026, 11:12
Neftçalada iftar süfrəsi açılıb

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
 
Mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin təmsilçiləri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak ediblər.
 
Həmçinin iftar süfrəsində iştira edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov və Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgə qazısı Hacı Hüsnü Həsənov çıxış edərək, mərasim iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza, dövlətimizə firavanlıq, əmin-amanlıq arzulanıb, tutulan orucların, edilən dualların qəbul edilməsi dilənib.
 
Qeyd olunub ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarda həyata keçirilən geniş quruculuq işləri çərçivəsində dini ibadət evləri yenidən bərpa edilir, tarixi-mədəni irsimiz yenidən canlandırılır. Çıxışlarda həmçinin ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyi, dini etiqad azadlığının tam təmin olunduğu, multikultural və tolerant mühitin formalaşdığı bildirilib, eyni zamanda Ramazan ayının insanları mənəvi saflığa, səbrə, yardımlaşmaya və xeyirxahlığa dəvət edən xüsusi bir dövr olduğu vurğulanıb, bu ayda tutulan orucların, edilən duaların və göstərilən xeyriyyəçilik əməllərinin cəmiyyətin mənəvi dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.
 
Daha sonra din xadimi Qorxmaz Paşayev tərəfindən dualar oxunub, edilən dualarda ölkəmizdə sülh və sabitliyin qorunması, dövlətimizin inkişafı, xalqımızın rifahı arzulanıb, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
1
1
1
1
1