Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bayram günlərində metro bu qrafiklə işləyəcək

18 mar 2026, 11:15
Bayram günlərində metro bu qrafiklə işləyəcək

Novruz və Ramazan bayramları ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimi dəyişdirilir.

Liderxeber.az xəbər verir ki, qurumda bayram günlərində gücləndirilmiş iş qrafiki tətbiq ediləcək.

“28 May-Əhmədli” və əksinə istiqamətdə 20-21, 25-28 və 30 mart tarixlərində qatarlararası interval 2,5 dəqiqə təşkil edəcək. Həmin tarixlərdə ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Martın 22-24-ü və 29-da isə eyni sahədə interval 3 dəqiqəyədək olacaq.

Martın 20-dən 31-nə qədər “Həzi Aslanov-Əhmədli” sahəsində qatarlararası interval 7 dəqiqə müəyyənləşdirilib.

İntervallar “Avtovağzal-8 Noyabr” və əksinə istiqamətdə 7 dəqiqə, “Avtovağzal-Xocəsən” və əksinə mənzildə 14 dəqiqə təşkil edəcək.

“Bakmil” istiqamətində qatarların hərəkəti 20-21, 25-28 və 30 mart tarixlərində şənbə, martın 22-24-ü və 29-da bazar gününün qrafiki ilə tənzimlənəcək.

Bayram günlərində sərnişinlərin metrodan rahat və təhlükəsiz istifadəsini təmin etmək üçün nəzarət tədbirləri gücləndiriləcək, bütün xətlər üzrə növbətçilik cədvəli əsasında zəruri işçi qüvvəsi ayrılacaq.