Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Qəlblərdə yaşayan şair...

16 mar 2026, 18:03
Qəlblərdə yaşayan şair...

Bu günlərdə Sumqayıt Bələdiyyəsinin Muğam Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinə ilk günlərdən sədrlik etmiş və ədəbiyyatımızın inkişafına öz inci töhfələrini bəxş etmiş şair, tərcüməçi, Prezident təqaüdçüsü olmuş Sabir Sarvanın 70 illik yubileyi münasibətilə tədbir keçirildi. 

Bu barədə Liderxeber.az-a jurnalist, yazıçı-publisist Rəna Təbəssüm məlumat verib.

Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himni səsləndirildi.

Monitor vasitəsilə Sabir Sarvanın söylədiyi “Öldürdüm özümü” şeiri öz səsində dinlənildi. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt Bölməsinin sədri, şair Gülnarə Cəmaləddin poeziya sevərləri salamlayaraq Sabir Sarvanın 70 illik yubileyinə həsr olunmuş xatirə gecəsinin məqsədindən danışdı. Ədəbiyyatşünas, tənqidçi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının aparıcılığı ilə davam edən tədbirdə şairin həyat yolundan bəhs edən videoçarx nümayiş olundu.

Çıxış edənlərdən Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Kazımov, Prezidentin Fərdi təqaüdçüsü, Əməkdar müəllim Ofelya Babayeva, millət vəkili Aydın Hüseynov, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, yazıçı-publisist, ədəbiyyatşünas Məti Osmanoğlu, şair Zirəddin Qafarlı, şair-publisist Həmid Ormanlı, Ağsu Ədəbi Birliyinin sədri, şair Raqif Nazimoğlu, ədəbi cameədə tanınmış Əli Niyazbəyli Sabir Sarvanla bağlı xatirələrini danışıb onun təkrarsız yaradıcılığı barədə düşüncələrini iştirakçılara çatdırdılar və hər zaman şeirləri ilə qəlblərdə yaşayacağını vurğuladılar.

Türkiyədən şair, yazıçı Fethi Akın, musiqiçi Fərhat Livaneli, rəssam Kemal Ugur, musiqiçi, bədii qiraətçi Mehmet Peker, bəstəkar Ayzer Büyüker onlaynla azərbaycanlı şair haqqında öz fikirlərini bildirdilər. Sözlərinə bəstələnmiş və digər musiqi nömrələri Əməkdar artist Elnarə Abdullayeva, Daşqın Kürçaylı və Nəzrin Hüseynlinin ifasında xatirə gecəsinə xüsusi rəng qatdı. Əməkdar artistlər İzaməddin Bağırov, Cəlal Məmmədov və bədii qiraətçi Müşfiqə Baləddinqızı şairin könülləri oxşayan şeirlərindən nümunələr söylədilər.

Sonda Gülnarə Cəmaləddin qəlblərdə yaşayan şairin xatirə gecəsinin keçirilməsinə dəstək olan Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Sumqayıt Bələdiyyəsinin rəhbərliyinə, həmçinin Sabir Sarvanın vəfalı ömür-gün yoldaşı Zərnigar Məlikovaya dərin minnətdarlığını bildirdi.