Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndə heyəti ADAU-da görüşlər keçirib

16 mar 2026, 12:00
Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndə heyəti ADAU-da görüşlər keçirib

Azərbaycan Dövlət Aqrar Universitetində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.

Liderxeber.az xəbər verir ki, görüşdə ölkəmizdə balıqçılıq və akvakultura sektorunun inkişaf perspektivləri, bu sahədə aparılan elmi-tədqiqat işləri, ixtisaslaşmış kadr hazırlığı sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev ölkədə akvakulturanın inkişaf istiqamətləri və bu sahədə elmi biliklərin istehsalatla daha sıx əlaqələndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, Azərbaycanda akvakultura əsasən ənənəvi nohur tipli balıqçılıq təsərrüfatları üzərində formalaşıb və bu təsərrüfat modeli ölkənin müxtəlif regionlarında geniş yayılıb. Lakin son illərdə akvakultura sektorunda yeni texnologiyaların tətbiqi istiqamətində müəyyən inkişaf müşahidə olunur. Xüsusilə son 5-6 il ərzində qapalı su dövriyyəli sistemlər (RAS – Recirculating Aquaculture Systems) əsasında fəaliyyət göstərən yeni təsərrüfatların yaranması tendensiyası formalaşmağa başlayıb. Artıq ölkədə onlarla belə təsərrüfat fəaliyyət göstərir və ya yaradılır. Bu sistemlər xüsusilə intensiv istehsal, su resurslarından daha səmərəli istifadə və texnoloji innovasiyaların tətbiqi baxımından yeni imkanlar yaradır.

Görüş zamanı akvakultura sektorunun inkişafını stimullaşdırmaq məqsədilə iqtisadi təşviq mexanizmlərinin formalaşdırılması məsələləri də müzakirə olunub. Bildirilib ki, balıqçılıq təsərrüfatlarının inkişafını dəstəkləmək üçün müxtəlif iqtisadi alətlər, o cümlədən subsidiya mexanizmlərinin tətbiqi istiqamətində müvafiq təşəbbüslər və proqramlar planlaşdırılır. Tərəflər balıqçılıq və akvakultura sahəsində elmi biliklərin istehsalatla inteqrasiyasının genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və kadr hazırlığı istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.

Səfər çərçivəsində nümayəndə heyəti universitetin maddi-texniki bazası ilə tanış olub, laboratoriyalara baxış keçirilib və burada aparılan elmi-praktiki işlərlə maraqlanıblar.

Daha sonra Balıqçılıq və Akvakultura Mərkəzinin rəhbərliyi ADAU tələbələri ilə görüşüb. Görüşdə tələbələrə balıqçılıq və akvakultura sektorunun inkişaf perspektivləri barədə məlumat verilib. Qeyd olunub ki, ölkədə balıq istehsalının artırılması və sektorun rəqabət qabiliyyətinin gücləndirilməsi üçün gənc mütəxəssislərin hazırlanması mühüm əhəmiyyət kəsb edir.