Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bu torpaqların icarəyə verilməsi üzrə müsabiqə qalibləri müəyyənləşdi

13 mar 2026, 16:17
Bu torpaqların icarəyə verilməsi üzrə müsabiqə qalibləri müəyyənləşdi

Azərbaycan Prezidentinin 2024-cü il 27 noyabr tarixli 236 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları”na uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi prosesi davam etdirilir.

Liderxeber.az xəbər verir ki, 2025-ci il 15 dekabr tarixində işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə II investisiya müsabiqəsi elan edilib, sənəd qəbulu prosesi 5 fevral tarixində yekunlaşıb.

Müsabiqədə iştirak üçün ümumilikdə 162 sahibkarlıq subyekti müraciət edib.

2026-cı il fevralın 27-də II investisiya komissiyasının müsabiqənin yekunlarına həsr olunmuş iclası keçirilib, iclasda müsabiqə iştirakçıları və qaliblərin siyahısı təsdiqlənib.

Müsabiqə iştirakçısı hesab edilən sahibkarlıq subyektləri nəticələrlə bağlı SMS vasitəsilə məlumatlandırılıblar. Qalib elan edilmiş sahibkarlıq subyektlərinin məlumatlandırılması prosesi isə mərhələli şəkildə davam etdirilir.