Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələrinin buraxılışı həyata keçirilib

11 mar 2026, 14:05
Kür çayına 4 000 ədəd çəkikimi balıq körpələrinin buraxılışı həyata keçirilib

Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bioloji müxtəlifliyin qorunması və artırılması məqsədilə çəkikimi balıqların çaya buraxılışı həyata keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbir çərçivəsində çəkisi 50–100 qram aralığında olan 4 000 ədəd balıq körpəsi çaya buraxılıb. Balıqlar Mərkəzin tabeliyində fəaliyyət göstərən balıqartırma müəssisələrində yetişdirilib.

Mərkəz tərəfindən daxili su hövzələrində balıq ehtiyatlarının bərpasına yönəlmiş balıq buraxılışı tədbirlərinin mütəmadi şəkildə davam etdirilməsi nəzərdə tutulur. Bu proses su hövzələrinin bioloji balansının qorunmasına və təbii balıq populyasiyalarının gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev, Elm, təhsil və insan resursları şöbəsinin müdiri Fərid Nəcəfov, Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, mərkəzin direktor müavini Elşən Məcidov, mərkəzin Balıq və su bioresurslarının idarə edilməsi və balıqartırma şöbəsinin müdiri Elşad Əhmədov, Nazirliyin və yerli dövlət aqrar inkişaf mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Balıqların Kür çayına buraxılması bioloji müxtəlifliyin qorunmasına, balıq ehtiyatlarının artırılmasına və çay ekosisteminin bərpasına şərait yaradır.