Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

10 mar 2026, 17:48
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılacaq

Prezident İlham Əliyevin imzaladığı yeni qanunvericilik aktları sosial sığorta sisteminin müasir yanaşmalar əsasında təkmilləşdirilməsi, sosial sığorta sahəsində prosedurların innovativ həllərlə sadələşdirilməsinə və xidmətlərin çevikliyinin artırılmasına yönəlib.

Liderxeber.az xəbər verir ki, bu dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu bundan sonra yalnız sığortaolunanın şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsi (FİN) əsasında aparılacaq və bunun üçün artıq sosial sığorta nömrəsinə (SSN) ehtiyac qalmayacaq.

Əgər bu vaxta qədər sığortaolunanlar (işçilər) barədə sığortaedənlər (işəgötürənlər) tərəfindən rüblük hesabatlar təqdim edilərkən həm SSN, həm də FİN-in ayrıca göstərilməsi tələb olunurdusa, artıq SSN göstərilməsi tələb olunmayacaq.

Beləliklə, yeni dəyişikliklərlə sığortaolunanların sığortaçıda uçotu yalnız FİN ilə aparılmaqla, müvafiq sahədə məlumat mübadiləsi daha sürətli və dəqiq həyata keçiriləcək. İşə qəbul edilən şəxslərdən əlavə olaraq sosial sığorta nömrəsi tələb edilməyəcək, sosial sığorta sistemində inzibati prosedurlar optimallaşdırılacaq.

Həmçinin, sosial sığorta sistemi ilə bağlı elektron xidmətlərin səmərəliliyi daha da  artacaq, bu sahədə proseslərin daha sadə, şəffaf və operativ həyata keçirilməsi təmin ediləcək.