Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bu gün Yel çərşənbəsidir

10 mar 2026, 08:46
Bu gün Yel çərşənbəsidir

Novruzun xüsusi adətlərlə qeyd olunan 4 çərşənbəsindən üçüncüsü olan yel çərşənbəsidir.

Liderxeber.az xəbər verir ki, bununla da insanlar Novruza bir az daha yaxınlaşır, baharın gəlişini hiss etməyə başlayır.

Əvvəlcə qorxulu yuxularını axar suya danışan, oddan atdanıb ağırlığını odda yandıran elimiz indidə Yel babadan öz diləklərinin yerinə yetməsini istəyər.

Yel çərşənbəsində əsən külək yazın gəlişindən xəbər verər.

Hər çərşənbədə olduğu kimi, bu zaman da evlərdə süfrə açılar, həyətlərdə tonqal qalanar.

Yel çərşənbəsi xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə tanınır.