Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sumqayıt şəhər 7 nömrəli orta məktəbdə tədbir keçirilib

05 mar 2026, 15:42
Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Sumqayıt şəhər 7 nömrəli orta məktəbdə tədbir keçirilib

5 mart – İdman Günü münasibətilə Sumqayıt şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbində xüsusi və yadda qalan görüş təşkil olundu.

Liderxeber.az xəbər verir ki, tədbirin fəxri qonağı, Yunan-Roma güləşi üzrə Avropa çempionu, Hüseyn Abbasov idi.

Məktəbin direktoru Nuranə Hümbətova tədbiri açıq elan edərək ölkə rəhbərliyinin idmana və gənclərə göstərdiyi xüsusi diqqət və qayğını vurğuladı. O, idmanın gənclərin fiziki, mənəvi və intizamlı inkişafında əvəzolunmaz rol oynadığını qeyd etdi.

Hüseyn Abbasov çıxışında öz uğur hekayəsini şagirdlərlə bölüşərək, zəhmət, əzmkarlıq və vətən sevgisinin insanı zirvələrə apardığını vurğuladı.

O, beynəlxalq arenada qazandığı uğurlardan bəhs edərək bildirdi ki, o, Avropa çempionatlarında çempion titulunu qazanmış, ölkəmizi layiqincə təmsil etmişdir.

Görüşdə məktəbin idmançı şagirdləri aktiv iştirak etdi, maraqlı suallar ünvanladılar və öz fikirlərini paylaşdılar.

Məktəbimizdə hər il ənənəvi olaraq uğur qazanan şagirdlər və Azərbaycan bayrağını ölkəmizdən kənarda yüksəldən idmançılarla görüşlər təşkil olunur.