Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Azərbaycanlı referi reytinq turninin ən yaxşı hakimi seçilib

04 mar 2026, 17:32
Azərbaycanlı referi reytinq turninin ən yaxşı hakimi seçilib

Azərbaycan Güləş Federasiyasının Hakimlər Komitəsinin sədri Asif Şirəliyev Albaniyanın paytaxtı Tiranada keçirilən “Muhamet Malo” turnirinin ən yaxşı hakimi seçilib.

Liderxeber.az xəbər verir ki, I-S kateqoriyalı hakim fevralın 25-dən martın 1-dək baş tutan reytinq xarakterli yarışda ədaləti yüksək səviyyədə qoruduğu üçün yerli federasiya tərəfindən təltif olunub.

Albaniya Güləş Federasiyasının prezidenti Sahit Prizreni həmyerlimizə turnirin ən yaxşı hakimi üçün nəzərdə tutulmuş xüsusi mükafatı təqdim edib.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığmamız yeni baş məşqçi Məhəmməd Bənanın rəhbərliyi altında reytinq turnirinin qalibi olub. Komandamız 2 qızıl və 3 gümüş medal qazanıb. Sərbəst güləş millimiz isə baş məşqçi Xetaq Qozyumovun rəhbərliyi ilə yalnız 1 gümüş, və 3 bürünc medalla kifayətlənib və 2-ci yeri tutub.