Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

“28 May”da görülən işlər açıqlandı

02 mar 2026, 12:00
“28 May”da görülən işlər açıqlandı

“Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasında xətlərin ayrılması çərçivəsində nəzərdə tutulan “Şaxta 1” və “Şaxta 2” üzrə qazma işləri yekunlaşıb”.

Liderxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında QSC-nin Tikinti Layihələrinin İdarəedilməsi departamentinin rəisi Məmməd Rzayev bildirib.

Onun sözlərinə görə, artıq qeyd olunan şaxtalara keçid tunelləri inşa edilib və hazırda ərazidə yeni tunellərin tikintisinə başlamaq üçün hazırlıq mərhələsi aparılır: “Xətlərin ayrılması ilə bağlı iki əsas istiqamət üzrə işlər görülür. Bunlardan biri “Dərnəgül” deposunun tikintisinin ikinci mərhələsinin tamamlanması, digəri isə yeni tunellərin inşasıdır. Hər iki layihə bir-biri ilə əlaqəlidir.

“Yaşıl xətt”in müstəqil fəaliyyət göstərməsi üçün depo zəruridir. “Dərnəgül” deposunun ikinci mərhələsinin başa çatması yeni tunellərin tikintisinə imkan yaradacaq. Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən avtomobil və piyada tunellərinin inşası davam etdirilir. Metro xətti üçün zəruri hissənin tamamlanmasından sonra yeni tunellərin qazılmasına start veriləcək. Həmin layihənin bizə lazım olan hissədə bitməsini gözləyirik”.

Qurum rəsmisi qeyd edib ki, planlaşdırılan tunellər metro xəttinin depo ilə birləşdirilməsinə və xətlərin ayrılmasına şərait yaradacaq.