Son Xəbərlər
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi çərçivəsində
“Məhərrəm ayı Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edəcək”.
“Zirə” beş futbolçu ilə müqavilə müddətini uzadıb. Liderxeber.az xəbər verir
Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə
İran ABŞ-nin İordaniyadakı Əl-Əzraq hərbi hava bazasına zərbələr endirib və
“Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər”​. Liderxeber.az xəbər
“Regionu ABŞ üçün cəhənnəmə çevirəcəyik”. Liderxeber.az xəbər verir ki, bunu
Sakit okeanda yerləşən və dünyanın ən kiçik respublikası hesab edilən Nauru
Oksford Universiteti ilə “Moderna” əczaçılıq şirkəti arasında əməkdaşlıq
Sağlamlıq üçün ən faydalı yuxu pozasının məhz sol böyür üstə yatmaq olduğuna

Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - Fotolar

26 fev 2026, 15:12
Azərbaycan Universitetində Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı - Fotolar

Azərbaycan Universitetində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Liderxeber.az xəbər verir ki, tədbirdə dövlət himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Tədbirdə qeyd olunub ki, tarixin ən ağır cinayətlərindən biri olan Xocalı soyqırımına Azərbaycan dövləti emosional qisasçılıq mövqeyindən deyil, tarixi ədalətin bərpası prinsipi ilə yanaşıb. Üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistan işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Xocalıda qürurla dalğalanır, zəfəri və qayıdışı tərənnüm edir. Xocalı soyqırımının günahsız qurbanlarının ruhları şaddır, çünki Vətən torpaqları işğaldan azad olunub, Azərbaycan xalqı onların xatirəsini hər il ehtiramla yad edir, Azərbaycan dövləti tarixi ədalətin bərpası istiqamətində beynəlxalq tribunalarda prinsipial mövqe nümayiş etdirməyə davam edir. 

Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açılış nitqi ilə çıxış edib. Kafedra müdiri bildirib ki, Xocalı soyqırımı faktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Azərbaycan dövləti uzun illərdir sistemli şəkildə iş aparır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası ən effektiv platforma olub. Faciəyə beynəlxalq səviyyədə hüquqi-siyasi qiymətin verilməsi, tarixi ədalətin bərpası istiqamətində aparılan ardıcıl siyasət bu gün də aktuallığını qoruyub saxlayır.

Ardınca tədbir iştirakçıları Tərcümə və filologiya kafedrasının professoru Asif Hacıyevin və Siyasi və ictimai elmlər kafedrasının dosenti Zaur Əliyevin məruzələrini dinləyiblər. Professor Asif Hacıyevin məruzəsi “Xocalı soyqırımı bədii ədəbiyyat və incəsənətdə” mövzusuna həsr olunub. Dosent Zaur Əliyev isə məruzəsində soyqırımın siyasi və hüquqi aspektlərinə toxunub.

Tədbir faciəyə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.

Qeyd edək ki, universitetdə Xocalı soyqırımına həsr olunmuş sərgi də təşkil olunub.