Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bakıdakı bu zolaq maraqla qarşılandı

26 fev 2026, 13:28
Bakıdakı bu zolaq maraqla qarşılandı

Yasamal rayonunun Abbasqulu ağa Bakıxanov küçəsindən Cəfər Cabbarlı küçəsinə çıxışda üzərində həm piyada, həm də velosiped nişanı olan yeni zolaq istifadəyə verilib. Sözügedən zolağın kimlər üçün nəzərdə tutulduğu, təhlükəsizlik qaydalarının necə tənzimlənəcəyi suallar yaradıb. 

Liderxeber.az xəbər verir ki, bununla əlaqədar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Trend” bildirilib ki, zolaq piyadaların və mikromobillik vasitələri istifadəçilərinin müştərək istifadəsi üçün yaradılıb. Sözügedən hissədə səki olmadığı üçün piyada keçidindən keçənlər hərəkətlərini həmin zolaqla davam etdirə bilərlər.

Xəbəri rus dilində oxuyun: Почему на Ясамале объединили тротуар и велодорожку - ФОТО

Qurumun məlumatına görə, bu, səkinin təşkilinə kimi müvəqqəti həll yoludur: “Piyada zolağının təşkilindən əvvəl də vətəndaşlar həmin yol sahəsindən aktiv istifadə edirdilər. Yaxınlıqda məktəb yerləşdiyi üçün günün müəyyən vaxtlarında buradan bir saat ərzində 1000 nəfərə yaxın piyada keçid kimi istifadə edir. Vyana, Sürix, San-Fransisko, Melburn, Tallin, Praqa kimi müasir infrastruktura malik şəhərlərdə bu təcrübədən geniş istifadə edilir. Mikromobillik istifadəçiləri yolun həmin hissəsində piyadalara yol verərək hərəkət etməlidir”.