liderxeber.az
  • Ana Səhifə
  • Ölkə
  • Dünya
  • Siyasət
  • Səhiyyə
  • İqtisadiyyat
  • Mədəniyyət
  • İdman
  • Media
  • Cəmiyyət
  • Əlaqə
  Axtar
O da ABŞ-yə yollanacaq
26 iyl 2026, 15:44
Qəbələdə obyektdə yanğın baş verib
26 iyl 2026, 13:49
Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu, ölən və xəsarət alan var
26 iyl 2026, 08:41
Kotlet bu şəxslərə olmaz - diyetoloq açıqladı
25 iyl 2026, 13:17
‹ ›
Son Xəbərlər
O da ABŞ-yə yollanacaq
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələdə obyektdə yanğın baş verib
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Coratda 26 yaşlı oğlan dənizdə boğuldu
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzərdə İrana aid ticarət gəmisini vurdu, ölən və xəsarət alan var
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Kotlet bu şəxslərə olmaz - diyetoloq açıqladı
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insan psixologiyasına və emosiyalarına necə təsir edir?
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Qızardılmış ət sevənlər oxusun
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Qastroenteroloq qaz və köp yarada bilən gözlənilməz qidaları açıqlayıb
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atakdan ölmək mümkündürmü? - psixiatr izah etdi
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti media nümayəndələri üçün tədbir təşkil edib
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü
banner
SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZ
Çox oxunanlar
Sevda Quliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tələbələrlə görüşüb
15 dek 2023, 21:02
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
25 may 2024, 19:18
Azərbaycan Mərkəzi Asiyanın yeni ticarət mərkəzinə çevrilir
12 fev 2025, 17:46
Xəyal Quliyev Peşəkar S-1 Döyüş Liqasının birinci vitse-prezidenti təyin olunub
15 iyl 2023, 11:37
Mədəniyyət naziri Adil Kərimliyə AÇIQ MƏKTUB
23 yan 2024, 13:19
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
23 apr 2024, 09:20
Kəskin leykozdan əziyyət çəkən balaca Yusifin sizin köməyinizə ehtiyacı var!
16 fev 2026, 21:43
Azərbaycan Hərbi Prokurorluğunun nümayəndə heyəti Rusiyaya səfər edib
29 may 2024, 11:37
Silahlı Qüvvələrin hərbi qulluqçuları və DİN-in əməkdaşları təltif edilib - SƏRƏNCAM
07 noy 2023, 13:38
Bu gün hərbi liseylərə qəbul imtahanı keçiriləcək
21 iyl 2024, 09:01

“Bolt”da rüşvətxorluq iddiaları – Rəhbər şəxslər işdən çıxarıldı – VİDEO

23 fev 2026, 14:56
“Bolt”da rüşvətxorluq iddiaları – Rəhbər şəxslər işdən çıxarıldı – VİDEO

Azərbaycanda “Bolt” platforması ilə əməkdaşlıq edən bir sıra park sahibləri və sürücülər şirkətin yerli idarəetmə strukturlarında sistemli haqsızlıq, selektiv yanaşma və korrupsiya elementləri ilə üzləşdikləri barədə şirkətin Estoniyadakı rəhbərliyinə şikayətlərini bildiriblər.

“Bolt”la əməkdaşlıq edən bir neçə sahibkarın şikayəti nəticəsində şirkətin Bakı ofisində yoxlamalar aparılıb. Şirkət daxilində maliyyə və idarəetmə prosesləri yoxlanılıb. Ciddi pozuntular aşkarlanan Bakı ofisinin rəhbəri Naim Əzizov və bir neçə səlahiyyətli şəxs işdən azad edilib.

Yoxlamalar zamanı məlum olub ki, sürücülər hansısa səbəbə görə bloklanır. Ofisə müraciət olunsa da bloklanma açılmır. Bir müddət kimsə elan verir ki, blokları açmaq mümkündür. Sürücü həmin şəxsə 200-300 manat pul verdikdən sonra bloklanma aradan qalxır.

Başqa bir problem filit məsələsi ilə bağlıdır. Portalda sənədlərini yenilənməsi zamanı sahibkarı incidirlər. 3-4 min manat aldıqdan sonra sənədlərdəki “problemlər” aradan qalxır.

Üçüncü məsələ reklamla bağlıdır. Sahibkarlar avtomobillərə reklam vurduqda hər gedişə görə ödəniş bonusu olmalıdır. Son vaxtlar bununla bağlı hərc-mərclik hökm sürür. Ofisə müraciət edən sahibkarlara deyilir ki, reklam kampaniyası dayandırılıb. Amma 500 manat ödəyənlərin avtomobillərinə reklam vurulur və onlar bonuslardan yararlanır.

Park sahiblərindən birinin verdiyi geniş açıqlamada qeyd olunur ki, bəzi parkların avtomobilləri platformaya qəbul edilmədiyi halda, “öz adamları” hesab edilən digər parkların maşınları problemsiz şəkildə sistemə daxil edilir.

Şikayətçi park sahibi bildirir ki, onun balansında on minlərlə manatlıq vəsait saxlanılmasına, sürücülərin ödənişlərinin vaxtında təmin olunmasına baxmayaraq, parkları bloklanıb və fəaliyyət faktiki olaraq iflic vəziyyətinə salınıb. Sahibkarın sözlərinə görə, bu qərarlar üçün əsaslandırılmış izah verilmir, müraciətlər isə formal cavablarla nəticəsiz qalır.

İddialara əsasən, “Bolt”un bəzi filiallarında reklam stikerlərinin vurulması rəsmi qadağan edildiyi halda, müəyyən şəxslərdən 500 manat tələb olunmaqla bu qadağa qeyri-rəsmi şəkildə aradan qaldırılıb. Şikayətçi bildirir ki, reklam üçün pul yığılması, bu vəsaitlərin filiallar və “baş ofis” arasında bölüşdürülməsi ilə bağlı video və səs yazıları, həmçinin çeklər mövcuddur. Sahibkarın sözlərinə görə, reklamlar rəsmi qadağadan sonra da yalnız “yaxın” parklara icazə verilməklə həyata keçirilib.

Park sahibinin iddiasına görə, bu məsələlər ictimailəşdirildikdən sonra bir sıra sürücülərə və park sahiblərinə ofisdən zənglər edilib, təzyiq göstərilib və nəticədə bir çoxu geri şikayətini çəkərək susmağa məcbur olub. “Estoniyaya müraciət edək” təşəbbüsünə əvvəlcə onlarla adam dəstək versə də, sonradan hamısının mövqeyini dəyişməsi bu iddiaları daha da gücləndirib.

Açıqlamada hava limanı və şəhərdaxili kateqoriyalarla bağlı da ciddi suallar yer alır. Bildirilir ki, bəzi kateqoriyalar faktiki olaraq qapalı saxlanılır, yalnız müəyyən parklara və sürücülərə giriş imkanı verilir. Bunun üçün irəli sürülən şərtlər isə ya real deyil, ya da formal xarakter daşıyır. Park sahibi bunu “gözə kül üfürmək” kimi qiymətləndirir.

Digər ciddi problem isə selfi və kamera tələbləri ilə bağlıdır. Şikayətçi bildirir ki, bəzi sürücülər monitor üzərindən işlədiklərinə və ya telefon kameraları nasaz olduğuna görə selfi tələblərini alternativ cihazdan yerinə yetirdikdə avtomatik bloklanırlar. Halbuki IP, yerləşmə və digər texniki göstəricilər sürücünün eyni şəxs olduğunu açıq şəkildə göstərir. Buna baxmayaraq, ofislər problemi araşdırmadan bloklamanı açmaqdan imtina edir.

Park sahibi vurğulayır ki, onun parklarında heç vaxt sürücülərin vəsaitlərini nağdlaşdıra bilməməsi problemi olmayıb və hazırda da park balanslarında kifayət qədər vəsait mövcuddur. Buna baxmayaraq, ona qarşı əsassız araşdırmaların aparıldığı, fəaliyyətinin məqsədli şəkildə dayandırıldığı iddia olunur.

Şikayətçi park sahibi bildirir ki, digər platformalardan və parklardan ona əməkdaşlıq təklifləri gəlsə də, o, ilk gündən “Bolt”la işlədiyini və problemi platformanı tərk etməklə deyil, ədalətin bərpa olunması ilə həll etmək istədiyini deyir. Onun sözlərinə görə, məsələ təkcə şəxsi problem deyil – yüzlərlə sürücü və park sahibi eyni vəziyyətdən əziyyət çəkir.

Açıqlamanın sonunda park sahibi “Bolt”un mərkəzi ofisindən obyektiv araşdırma aparılmasını, parkların fəaliyyətinin bərpa edilməsini və yalnız bundan sonra hər hansı hüquqi qiymətləndirmənin verilməsini xahiş edir. O, bütün sübutları təqdim etməyə və istənilən platformada – o cümlədən Estoniyada – məsələni şəxsən izah etməyə hazır olduğunu bildirir.

Video keçid

Bakupost.az



  • Facebook
  • Twitter
  • Pinterest
  • WhatsApp
  • Email
DİGƏR XƏBƏRLƏR:
10 iyn 2026, 14:06    20    0
Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək
İran Küveytdə hərbi bazaya zərbə endirdi
  • Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər
  • Bakı, Sumqayıt və Abşeronda su basmış ərazilərdən onlarla insan təxliyə edilib
  • Neftçalada Ulu Öndər Heydər Əliyevin 103 illiyi qeyd olunub
  • Ölkə
    İşə qəbul prosesində ən çox edilən səhvlər və həll yolları
  • Dizinə antibiotik iynəsi vuran şəxs öldü
  • Avropa İttifaqı ilə genişlənən strateji üfüqlər
  • Azərbaycan mediasının dünəni, bu günü, gələcəyi
  • Dünya
    Rənglər insan psixologiyasına və emosiyalarına necə təsir edir?
  • İlan sancması zamanı zəhərin özündən daha təhlükəli olan 5 SƏHV
  • ABŞ İrana yenidən zərbələr endirməyə başladı
  • Antalyada sənədləri tam qaydasında olan hazır mənzillərə sahib olun!
  • İqdİsadİyyat
    “Kapital Bank” 2026-cı ilin II rübü üzrə maliyyə nəticələrini elan edib
  • Parlament yeni cərimələrin qəbuluna razılıq verdi - İlk oxunuşdan keçdi
  • Bu məhsullar gömrük rüsumundan azad edilir
  • Azərbaycan Ermənistana 434 min avro ödəyib
  • Sİyasət
    Berlində Azərbaycan-Almaniya sənədləri imzalandı
  • Azərbaycan və Almaniya prezidentləri geniş tərkibdə görüşdü - Fotolar
  • Prezident yeni səfirləri qəbul etdi - Fotolar - Yenilənib
  • DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirildi
  • Əlaqə © 2023 liderxeber.az , dizayn by Calal@mir.az. Bütün hüquqlar qorunur.