Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Qışın oğlan çağında buzu yarıb göldə üzür

23 fev 2026, 13:24
Qışın oğlan çağında buzu yarıb göldə üzür

Qubanın Nügədi kəndindən olan həvəskar üzgüçü Rasim Namazov qışın şaxtasında buz kimi sularda üzməyi sevir. Üzmək onun üçün bir hobbi, həyat fəlsəfəsidir. 

Liderxeber.az xəbər verir ki, R.Namazov çoxları üçün təhlükəli ola biləcək hobbisi barədə İTV-yə danışıb. 

O bildirib ki, ilk dəfə buzlu suya 4 il əvvəl, bədənindəki ağrılar səbəbindən girib. R.Namazovun sözlərinə görə, buzlu suya girdikdən sonra həmin ağrılar çəkilib:

“İlk vaxtlar soyuq suya terapiya kimi baxdım. Boğazımda olan şişi araşdırarkən gördüm ki, soyuq su buna faydalıdır və belə xəstəlikdən əziyyət çəkənlər terapiya kimi buzlu suya girirlər. Mən də elə o cür başladım. Artıq 4 ildir buzlu suya girirəm. Təkcə dənizə yox, göl, şəlalə və çaylarda da soyuq suya daxil oluram. Bu müddət ərzində də heç bir xəstəlik keçirməmişəm, hətta qrip də olmamışam”. 

Bununla belə, o, buzlu suya girməyin təhlükəli olduğunu da vurğulayıb: “Çünki soyuq suya girən an bədən əks reaksiya verə bilər. Buna görə hazırlıqlı olmaq vacibdir. Bədəni öyrəşdirmək üçün payızdan suya girmək lazımdır. Bu addımı atmaq istəyənlər, həm də həkimlə mütləq məsləhətləşməlidirlər. Xüsusilə ürək problemi olanlar risk etməsin, çünki buzlu suda ürək dayana bilər. Amma faydaları da olduqca çoxdur, dərini cavan saxlayır, immuniteti yüksəldir, gümrah hiss etdirir”.