Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Cəlilabadda şəhid Mahir Quliyevlə vida mərasimi keçirildi - Fotolar

19 fev 2026, 17:37
Cəlilabadda şəhid Mahir Quliyevlə vida mərasimi keçirildi - Fotolar

Uzun illər itkin kimi qeydiyyatda olan şəhidin nəşinin qalıqları müəyyən edilərək bu gün ailəsinə təhvil verilib.

Liderxeber.az xəbər verir ki, ailəsinin və yaxınlarının yolunu gözlədiyi Mahir Quliyevin nəşinin tapılması və şəxsiyyətinin müəyyən olunması dövlətimizin şəhidlərimizə və itkin düşmüş soydaşlarımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Şəhid Mahir Quliyev Cəlilabad şəhər qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Mahir Quliyev 1958-ci ildə Cəlilabad şəhərində anadan olub. O, könüllü olaraq döyüşlərə qatılarkən iki azyaşlı qızı və bir oğlunu Vətənə əmanət edib. 1992-ci il iyunun 15-də Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.