Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Bu tarixdə aeroport yolu yenə bağlanır - Sürücülərin nəzərinə!

18 fev 2026, 15:07
Bu tarixdə aeroport yolu yenə bağlanır - Sürücülərin nəzərinə!

Fevralın 21-i aeroport şosesinin hər iki istiqamətində saat 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndirilicək.

Liderxeber.az xəbər verir ki, DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

Bildirilib ki, paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyada son tamamlama işləri görüləcək. 

Bu səbəbdən qeyd edilən tarixdə 00:00-dan 05:45-dək hava limanı yolundan (Hava limanı körpüsündən “Koroğlu” metro stansiyası istiqamətində, 02:00-dan 05:15-dək isə “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Şosenin hər iki istiqamətində isə 02:30-dan 05:15-ə kimi hərəkət dayandırılaraq nəqliyyat vasitələri alternativ yollara yönləndirilicək.

Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər (Hava limanına gedişdə məhdudiyyət olmayacaq) Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə avtomobillərin alternativ yollarda rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün yol polisi tərəfindən zəruri tədbirlər görüləcək