Son Xəbərlər
İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ-yə planlaşdırılan səfərindən əvvəl
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib.
Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən
Ukrayna Xəzər dənizində İrana məxsus ticarət gəmisinə hücum edib.
Müəyyən sağlamlıq problemləri olan insanlar bu məşhur yeməkdən çəkinməli və ya
Rənglər insanların emosional vəziyyətinə, təşviş səviyyəsinə və ətraf mühiti
Yüksək temperaturda həddindən artıq bişirilən, xüsusilə də yanmış qidaların
Əksər insanlar qaz və köpü əsasən paxlalılar və ya kələmlə əlaqələndirir.
Panik atak yaşayan insanların çoxu hücum anında ölüm təhlükəsi hiss edir.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) 22 İyul – Milli Mətbuat Günü

Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı

18 fev 2026, 12:02
Daha 17 itkin şəhidimiz dəfn ediləcək - İkisi qadındır - Siyahı

19-20 fevral tarixlərində 17 itkin şəhidimiz dəfn ediləcək.

Liderxeber.az xəbər verir ki, bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Fevralın 19-u saat 13:00-da Azad Sabir oğlu Cəlilov Ucar rayonu, Alpoud kənd qəbiristanlığında, Mahir Abuzər oğlu Quliyev isə Cəlilabad şəhər qəbiristanlığı, şəhidlər cərgəsində dəfn olunacaq. Saat 14:00-da Nail Fahil oğlu Dənziyev Lerik rayonu, Mastaıl kənd qəbiristanlığı, şəhidlər cərgəsində, Rəsul Babaxan oğlu Ağayev isə Sabirabad rayonu, Nərimankənd kənd qəbiristanlığında torpağa tapşırılacaq. Saat 15:00-da Vüqar Səlim oğlu Babayev Göyçay şəhərində yerləşən Şəhidlər xiyabanında, Şahin Heydər oğlu Kərimov isə Mingəçevir şəhərində yerləşən Şəhidlər xiyabanında, saat 16:00-da Fərman Məhəmməd oğlu Feyzullayev İsmayıllı rayonu, İstisu kənd qəbiristanlığında, saat 17:00-da isə Cavanşir İsrafil oğlu Həsənov Balakən rayonundakı Şəhidlər xiyabanında dəfn olunacaqlar.

Fevralın 20-si saat 11:00-da Rafiq Hüseyn oğlu Hüseynov Qaradağ rayonu, Lökbatan qəsəbəsi, ümumşəhər qəbiristanlığında (Qurd qapısı), Mehriban Arif qızı Qarayeva isə Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Saat 12:00-da Zibeydə Bədəl qızı Əhmədova Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanında, saat 13:00-da Dadaş Şərif oğlu Dadaşov və Qurban Ramazan oğlu Göyüşov Bərdə şəhəri, Şəhidlər xiyabanında, saat 14:30-da Hidayət İsa oğlu Vəliyev Bərdə rayonu, Zümürxan kənd qəbiristanlığında, saat 15:00-da Nofəl Cahangir oğlu Əsgərov Gəncə şəhəri, Şəhidlər xiyabanında (Səvizkar qəbiristanlığı), saat 15:30-da Qılman Surxay oğlu Hacıyev Bərdə rayonu, Kələntərli kənd qəbiristanlığında, saat 16:00-da Yolçu Sarı oğlu Məmmədov isə Şəmkir şəhərindəki Şəhidlər xiyabanında dəfn olunacaqlar.